Bakının Sabunçu rayonunda 24 yaşlı oğlan dava zamanı bıçaq xəsarəti alıb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Mirzəyev Raid Nazim oğlu dava zamanı bıçaqlanıb.

Yaralı yaxınlarının köməyi ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Hazırda Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.