Qərb nümayəndələri Ermənistanı Zaqafqaziyada ilk növbədə Rusiyaya qarşı yönəlmiş müxtəlif əməkdaşlıq formalarına cəlb edirlər.
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
O, iyulun 15-24-də Ermənistanda keçiriləcək Ermənistan-Amerika hərbi təlimləri barədə danışarkən deyib ki, bu hərbi təlimlər təəssüfdən başqa heç nəyə səbəb olmur: "Qərblilər hansı sülhməramlı məqsədləri bəyan etsələr də, əsas problemin geosiyasi layihələr üçün platforma yaratmaq olduğu göz qabağındadır. Amerikalıların Cənubi Qafqazda peyda olması yalnız regionda münaqişə potensialını artıracaq və yeni ayırıcı xətlər yaradacaq".
Diplomatın sözlərinə görə, amerikalılar hərbi təlimlər adı altında Ermənistana silahlı qüvvələrin NATO standartlarını tətbiq edirlər. Bu, Ermənistanın bütün təhlükəsizlik sisteminin yenidən qurulmasına gətirib çıxarır. Nəticədə Qərbə Ermənistanın daxili və xarici siyasətinə təsir etmək üçün əlavə rıçaqlar verəcək.
Ağarza Elçinoğlu