Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubu portuqaliyalı hücumçu Kriştiano Ronaldo ilə müqavilənin uzadılması üçün danışıqlara başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "Give Me Sport" jurnalisti Ben Ceykobs məlumat yayıb.
Hazırda danışıqlar ilkin mərhələdədir. Futbolçunun hazırkı müqaviləsi 2025-ci ilə qədərdir.
Xatırladaq ki, 2 yanvar 2023-cü ildə Ronaldo ildə 200 milyon avro aldığı müqaviləyə əsasən Səudiyyə Ərəbistanının "Əl-Nəsr"in oyunçusu olub.