İspaniyanın “Real Madrid” klubu yeni transferi Kilian Mbappenin forma satışından yüksək məbləğdə gəlir əldə edib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, “kral klubu” ilk gündə 800 000 avro qazanıb. İndiyədək 26 yaşlı hücumçunun ümumilikdə 7000 ədəd köynəyi satılıb.

Qeyd edək ki, iyulun 16-da Kilian Mbappenin təqdimetmə mərasimi keçiriləcək. Tədbir “Real Madrid”in ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunda baş tutacaq.