Bu gecə ABŞ-ın ev sahibliyi etdiyi Amerika Kubokunun qalibi bəlli olacaq.

"Unikal" xəbər verir ki, finalda Argentina və Kolumbiya komandaları üz-üzə gələcək. Görüş Bakı vaxt ilə saat 04:00-da başlayacaq.

Argentina millisi Amerika Kubokunun son qalibidir.

Qeyd edək ki, üçüncü yer uğrunda keçirilən matçın qalibi Kanadanı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edən Uruqvay seçməsi olub.