Bu gün Avro-2024-ün qalibi müəyyənləşib.

"Unikal" xəbər verir ki, finalda İspaniya və İngiltərə milliləri üz-üzə gəlib.Görüşdə hesabı İspaniya açsa da, İngiltərə daha sonra hesabı bərabərləşdirib. İspaniya 87-ci dəqiqədə vurduğu qolla 2:1 hesabı ilə qalib gəlib.

Beləliklə,  Luis de la Fuentenin baş məşqçisi olduğu komanda tarixində 4-cü dəfə Avropa çempionu olub.