Futbol üzrə Amerika Kubokunun qalibi müəyyənləşib.

"Unikal" xəbər verir ki, final oyununda Kolumbiya yığmasını 1:0 hesabı ilə məğlub edən Argentina millisi ardıcıl ikinci dəfə turnirdə çempion olub.

Matçın əsas vaxtı qolsuz heç-heçə ilə başa çatıb. "Tanqoçular"ın qələbə qoluna 112-ci dəqiqədə Lautaro Martines imza atıb.

Qeyd edək ki, UEFA və CONMEBOL arasındakı razılığa əsasən, Avropa çempionatı və Amerika Kubokunun qalibləri (müvafiq olaraq İspaniya və Argentina) Finalissimoda üz-üzə gələcəklər. Qarşılaşma 2025-ci ildə keçiriləcək.