“Səbail” heyətinə yeni futbolçu cəlb edib.

Klubdan "Unikal"a verilən məlumata görə, "dənizçilər" Ayman Buali ilə 1 illik müqavilə imzalayıb.

Son klubu Türkiyə 1-ci Liqa təmsilçisi “Ümraniyəspor” olan 24 yaşlı mərakeşli hücumçu "Səbail"də 21 nömrəli formada çıxış edəcək.