İyulun 15-də Argentina millisi Amerika Kubokunun finalında Kolumbiya millisini minimal hesabla məğlub edərək, 16-cı dəfə Amerika kubokunun qalibi olub. 

"Unikal" xəbər verir ki, bununla da Argentina Amerika Kubokunda ən çox titul qazanan komanda oldu. İkinci yeri 15 qələbə ilə Uruqvay yığması tutur. Ən yaxşı üçlüyü 9 qələbə ilə Braziliya komandası tamamlayır.

Argentina millisinin hücumçusu Lionel Messi futbol tarixində ən çox titul qazanan futbolçu olub. 37 yaşlı hücumçunun aktivində 45 titul var.

Müdafiəçi Dani Alves 44 titulla ikinci yerdədir. Üçlüyü karyerası boyu “Əl-Əhli”də oynamış, 39 kubok qazanan misirli yarımmüdafiəçi Hossam Aşur tamamlayır.

Ağarza Elçinoğlu