Almaniyada keçirilmiş Avropa çempionatında “Qızıl buts” mükafatını alacaq futbolçular bəlli olub.

"Unikal" xəbər verir ki, mükafat hərəyə 3 qol vuran 6 bombardirə təqdim olunacaq. Bunlar ispaniyalı Dani Olmo, ingiltərəli Harri Keyn, gürcüstanlı Jorj Mikautadze, slovakiyalı İvan Şrants, almaniyalı Camal Musiala və niderlandlı Kodi Qakpodur.

UEFA-nın yeni qaydalarına əsasən, “Qızıl buts” mükafatı turnirdə ən çox qol vuran futbolçuların hamısına veriləcək. Əvvəlki Avropa çempionatlarında isə topların sayı eyni olardısa, əlavə göstəricilərə baxılırdı.

Qeyd edək ki, “Avro-2024”ün qalibi finalda İngiltərə millisinə 2:1 hesabı ilə qalib gələn İspaniya yığması olub.