İspaniyanın “Vilyarreal” komandası heyətinə yeni futbolçu cəlb edib.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin “Mançester Yunayted” komandasından Villi Kambvala ilə anlaşıb. 19 yaşlı fransalı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

O, 2020-ci ildə Fransanın “Soşo” komandasından transfer olunduğu “qırmızı şeytanlar”ın heyətində 10 rəsmi matçda meydana çıxıb.

“Transfermarkt” portalı futbolçunun dəyərini 5 milyon avro qiymətləndirir.