İspaniyanın "Sevilya" komandası heyətinə yeni futbolçu cəlb edib.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi İngiltərə “Arsenal”ının yarımmüdafiəçisi Albert-Mboyo Sambi Lokonqanı 2024-2025-ci illər mövsümünün sonunadək icarə əsasında heyətinə qatıb.
Əndəlüs klubu 24 yaşlı oyunçunu mövsümün sonunda birdəfəlik almaq hüququna malik olacaq.
Qeyd edək ki, Albert-Mboyo Sambi Lokonqa ötən mövsüm icarə əsasında İngiltərənin “Luton” komandasının formasını geyinib.