Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qalatasaray” növbəti yoxlama oyununu keçirib.
Unikal.az xəbər verir ki, İstanbul klubu ikinci Bundesliqa təmsilçisi “Dusseldorf”la qarşılaşıb.
Avstriyada keçirilən matç Okan Burukun komandasının məğlubiyyəti ilə başa çatıb.
“Dusseldorf” - “Qalatasaray” - 5:2
Qollar: Emmanuel İyoha, 22 (1:0), Jona Nemeç, 25 (2:0), Kərəm Demirbay, 35 (2:1), Dries Mertens, 59 (2:2), Danni Şmidt, 64 (3:2), Matias Zimmermann, 73 (4:2), Kərim Affo, 83 (5:2)
Qeyd edək ki, “Qalatasaray” əvvəlki yoxlama görüşündə Avstriyanın LASK klubuna 2:3 hesabı ilə uduzub.