"Beşiktaş" futbolçusu Cenk Tosunla yolları ayırıb.

"Unikal" klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu ilə başa çatan müqavilənin müddəti yenilənməyib.

Qeyd edək ki, C.Tosun 2014-2018-ci illərdə İstanbul təmsilçisində oynayıb. O, daha sonra "Everton" və "Kristal Pelas"da çıxış edib. Türkiyə futbolçu 2021-ci ildə yenidən "Beşktaş"a qayıtmışdı.