Kolumbiya Futbol Federasiyasının prezidenti Ramon Xesurun və oğlu Amerika kubokunun finalından sonra ABŞ-nin Mayami şəhərində həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qarşılaşmadan sonra onlar "Hard Rock" stadionundan çıxarkən polislə mübahisə edib və onları vurublar. 71 yaşlı Xesurun və 43 yaşlı Ramon Xamil polisin islah mərkəzinə aparılıb.
Ramon Xesurun həm də Cənubi Amerika Futbol Konfederasiyasının vitse-prezidenti, FİFA Şurasının üzvüdür.
Xatırladaq ki, finalda Kolumbiya dünya çempionu Argentinaya 0:1 hesabı ilə uduzmuşdu.
Ağarza Elçinoğlu