İki gün əvvəl Kür çayının Zərdab rayonundan keçən hissəsində batmış 17 yaşlı gəncin meyiti tapılıb.
"Unikal" xəbər verir ki, rayonun Alı Mustafayev küçəsinin 2006-cı təvəllüdlü sakini Seyidməmmədli Səid Səbuhi oğlunun cəsədi batdığı ərazidən təqribən 200 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
*** 18:09
Məlumat verildiyi kimi, iyulun 16-da Kür çayının Zərdab şəhərindən keçən hissəsində batdığı ehtimal olunan Zərdab rayon sakini 2006-cı il təvəllüdlü Seyidməmmədli Səid Səbuhi oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən davam etdirilir.
Bu barədə "Unikal"a FHN-dən məlumat verilib.
Qeyd edilib ki, hazırda vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışları intensiv şəkildə həyata keçirilir.
Əlavə məlumat veriləcək.