Oksfordda Blenheim sarayında Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron arasında görüş keçirilib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, onların görüşü zamanı Ermənistan-Fransa münasibətləri və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.
Paşinyan və Makron Ermənistan və Azərbaycan arasında sülh prosesi məsələsinə də toxunublar. Regionda sülhün və sabitliyin təmin edilməsi üçün səylərin vacibliyi vurğulanıb.