İran və Ermənistan arasında münasibətlər xüsusi əhəmiyyət kəsb edir ki, bu da hər iki ölkənin coğrafi və strateji mövqeyi ilə bağlıdır.
"Unikal" xəbər verir ki, bu barədə İran İslam Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani deyib.
O, Tehran və İrəvan arasında münasibətlərin hazırkı səviyyəsindən danışıb: "İranın qonşularından biri kimi Ermənistan təhlükəsiz və sabit sərhədə malikdir və bu, regional təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynayır. Bundan əlavə, iki ölkə arasında iqtisadi, enerji və təhsil sahəsində əməkdaşlıq ikitərəfli əlaqələrin möhkəmlənməsinə və iqtisadi inkişafa töhfə verəcək".
Ağarza Elçinoğlu