UEFA İspaniya millisinin bir neçə futbolçusu ilə bağlı araşdırmaya başladığını açıqlayıb.
"Unikal" xəbər verir ki, Rodri və Alvaro Morata tərəfindən intizam qaydalarının mümkün pozulmasını araşdırmaq üçün etika və intizam müfəttişi təyin edib.
Hadisə Avropa Çempionatının kubokunun ictimaiyyətə təqdim edilməsi zamanı baş verib. Rodri və Morata “Cəbəllütariq İspaniyadır” ifadəsini səsləndiriblər.
Prosesin başlanması barədə məlumat UEFA-nın rəsmi saytında intizam qərarları bölməsində yerləşdirilib.
Avropa çempionatının finalında İspaniya Niko Uilyams və Mikel Oyarzabalın qolları sayəsində İngiltərəni 2:1 hesabı ilə məğlub edib.