Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti və baş naziri, Dubay hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun qızı Şeyxa Mahra işinin çoxluğu səbəbindən vaxt keçirə bilmədiyi ərindən boşandığını açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Mahra 696 min izləyicisi olduğu rəsmi İnstaqram hesabında məlumat paylaşıb.
"Əziz ərim, sən başqa işlərlə məşğul olarkən, boşandığımızı elan edirəm və səndən boşanıram", - Şeyxin qızı qeyd edib.
Ənənəvi İslam şəriətinə görə, boşanmaq üçün ərin arvadına üç dəfə “səndən boşanıram” deməsi kifayətdir.
Bu paylaşımdan sonra hər iki tərəf İnstaqramda bir-birini izləməyi dayandıraraq fotolarını siliblər. Ötən il möhtəşəm toyla ailə quran cütlük 2 ay əvvəl ilk körpələrini qucaqlarına alıblar.
Gülayə Mecid