Rusiyalı reper İlya Blanko Moskvanın mərkəzində Bersenevskaya sahilində qəzaya düşüb.

"Unikal" xəbər verir ki, ifaçı “Maybach” markalı taksidə sevgilisi ilə restorana gedərkən qəzaya düşüb.

Blanko və sevgilisi beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Rep ifaçısının olduğu taksiyə çırpılan avtomobilin sürücüsü hadisə yerindən qaçsa da, daha sonra təslim olub.

Ehtimal olunur ki, qəzanı törədən şəxs sərxoş olub.