UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

"Unikal" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçiləri – “Zirə”, “Sabah” və “Sumqayıt”ın da potensial rəqibləri müəyyənləşib.

“Sabah” klubu II raundda “Makkabi” səddini adlayacağı halda, III təsnifat mərhələsində “Sent Patriks Atletik” (İrlandiya)-“Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq.

“Zirə” - “Dunayska Streda” (Slovakiya) cütünün qalibi “Osiyek” (Xorvatiya) – “Levadiya” (Estoniya), “Sumqayıt” və “Fehervar” (Macarıstan) arasındakı oyunların qalibi isə “Omoniya” (Kipr) – “Torpedo Kutaisi” (Gürcüstan) duelinin güclüsü ilə üz-üzə gələcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.

***

11:14

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

"Unikal" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan təmsilçiləri – “Zirə”, “Sabah” və “Sumqayıt”ın da potensial rəqibləri müəyyənləşəcək. Mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Püşkatma öncəsi UEFA klubları qruplara bölüb.

Birinci qrupda səpələnmişlər sırasında yer alan “Sabah” klubu “Makkabi” səddini adlayacağı halda, III təsnifat mərhələsində aşağıdakı komandalardan birinə rəqib olacaq:

“Sent Patriks Atletik” (İrlandiya)-“Vaduts” (Lixtenşteyn) cütünün qalibi

“Mlada Boleslav” (Çexiya) - “Transinvest” (Litva)

“İberiya” (Gürcüstan) - “Partizani” (Albaniya)

“Radniçki” (Serbiya) – “Mornar” (Monteneqro)

“Korvinul” (Rumıniya) – “Riyeka” (Xorvatiya)

Beşinci qrupda səpələnməmişlər sırasına düşən “Zirə” və “Sumqayıt” isə III raundda aşağıdakı komandalardan biri ilə üz-üzə gələcək:

“Kopenhagen” (Danimarka) – “Meqpays” (Cəbəllütariq)

“Omoniya” (Kipr) – “Torpedo Kutaisi” (Gürcüstan)

“Riqa” (Latviya) – “Şlyonsk” (Polşa)

“Olimpiya” (Sloveniya) - “Polesye” (Ukrayna)

“Zrinski” (Bosniya və Herseqovina) – “Bravo” (Sloveniya)

“Osiyek” (Xorvatiya) – “Levadiya” (Estoniya)

II raundda “Zirə” Slovakiyanın “Dunayska Streda” klubu, “Sabah” İsrailin “Makkabi” (Hayfa) komandası, “Sumqayıt” isə Macarıstan “Fehervar”ı ilə qarşılaşacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.