Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında 2011-ci ildən bəri ilk görüş Moskvada baş tuta bilər.
"Unikal" xəbər verir ki, bu barədə “Daily Sabah” qəzeti xəbər yayıb.
Nəşrin məlumatına görə, İraqın baş naziri Məhəmməd əl-Sudani görüşə dəvət oluna bilər, lakin çox güman ki, İran bu görüşə dəvət edilməyəcək.
"Daily Sabah" Türkiyə qoşunlarının Suriyanın şimalından çıxarılması məsələsinin daha sonra müzakirə olunmasına qərar verildiyini və ilk görüşdə əsas məsələlərdən birinin ikitərəfli ticarət məsələləri olacağını yazıb.
Türkiyə rəsmiləri hələlik bu məlumatı təsdiq etməyiblər.