Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyində olub.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı Səfirliyi məlumat yayıb.
Bildirilir ki, səfir XİN-də Avrasiya Baş İdarəsinin rəisi Moctəba Dəmirçilu və Konsulluq Baş İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüşlər keçirib. Görüşlərdə ikitərəfli və qarşılıqlı məsələlər müzakirə olunub.