Hiqqs bozonunun kəşfini gözləyən 98 yaşlı qadın İngiltərədə 75 il sonra doktorluq dərəcəsinə layiq görülüb.
"Unikal" xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Belə ki, qadın 1948-ci ildə Rosemary Fowler Bristol Universitetində Cecil Powellin dissertasiyası üzərində işləyərkən kaon hissəciyini kəşf edib. Onun kəşfi hissəciklər fizikası nəzəriyyəsində inqilaba səbəb olub. Lakin 75 il əvvəl qabaqcıl fizik ailə həyatı qurmaq üçün doktorluq dissertasiyasını yarıda buraxıb. 1949-cu ildə o, həmkarı fizik Peter Fowler ilə evlənib və cütlüyün sonradan üç övladı olub. Və onlar təbiət elmləri sahəsində tədqiqatlarla məşğul olmağa davam ediblər.
İllər sonra qadın doktorluq dissertasiya işini tamamlayaraq universitetə təqdim edib.
Gülayə Mecid