Türkiyənin "Fənərbağça" komandası bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.
"Unikal" xəbər verir ki, İstanbul təmsilçisi II təsnifat mərhələsinin ilk oyununda İsveçrədə "Luqano" komandası ilə üz-üzə gələcək.
"Stokhorn Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Bu, “Fənərbağça”nın yeni baş məşqçisi Joze Mourinyonun rəhbərliyi altında ilk rəsmi sınağı olacaq.
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 30-da İstanbulda oynanılacaq. Bu cütün qalibi III təsnifat mərhələsində Fransanın "Lill" kollektivi ilə qarşılaşacaq.