Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında "Pəncə" əməliyyatı bölgəsində aşkar edilən terrorçulara qarşı hava əməliyyatı keçirildiyini açıqlayıb.

"Unikal" Türkiyə mətbuatın aistinadən xəbər verir ki, əməliyyatda 4 PKK terrorçusu zərərsizləşdirilib.

Zərərsizləşdirilən terrorçular arasında terrora görə axtarışda olan qırmızı kateqoriyada olan "Sevkan Çele" kod adlı Yusuf Kalkanın da olduğu bildirilib. 

Kalkanın silahlı terror təşkilatına üzv olmaq, silahlı terror təşkilatı yaratmaq və ya ona rəhbərlik etmək kimi cinayətlərə görə də axtarışda olduğu müəyyən edilib