Rusiya hərbçilərinin foto və videoçəkiliş, audioyazı və geoməlumatların ötürülməsi funksiyası olan cihazlardan istifadə etməsi qadağan edilib.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət Dumasının iyulun 23-də ikinci oxunuşda müzakirə etdiyi “Xüsusi hərbi əməliyyatda iştirak edən hərbi qulluqçulara qarşı intizam tənbehinin tətbiqi və həyata keçirilməsinin xüsusiyyətləri haqqında” qanun layihəsinə edilən dəyişikliklərdə öz əksini tapıb.
Bildirilib ki, hərbçilər mühafizə postunda saxlanılmağa başlayacaq.
Ukrayna müharibəsi iştirakçılarına həmçinin KİV və ya internetdə hərbi qulluqçuların Rusiya Federasiyası silahlı qüvvələrinə mənsub olub-olmadığını müəyyən edə biləcək məlumatları yaymaq qadağan ediləcək.
Hərbi qulluqçuların intizam xətaları siyahısında döyüş bölgəsində fotoçəkiliş, videoçəkiliş, geoməlumatların qeydə alınması və ötürülməsi üçün elektron vasitələrdən istifadə edilməsi də pozuntudur. Lakin belə bir hərəkətə görə intizam həbsi yalnız qarnizon hərbi məhkəməsinin qərarı ilə təyin edilə bilər.
Ağarza Elçinoğlu