Moskva Tokionun sanksiyalarına cavab olaraq, "Toyota Motor" idarə heyətinin sədri və RAKUTEN ticarət platformasının təsisçisi də daxil olmaqla 13 Yaponiya vətəndaşının Rusiyaya girişini qadağan edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Xüsusi Hərbi Əməliyyatla əlaqədar Yaponiyanın ölkəmizə qarşı davam edən sanksiyalarına cavab tədbirləri çərçivəsində aşağıdakı Yaponiya vətəndaşlarının Rusiya Federasiyasına girişinə daimi qadağa qoyulması barədə qərar qəbul edilib: Mikitani Hiroşi - RAKUTEN Korporasiyasının təsisçisi, Toyoda Akio - "Toyota Motor" İdarə Heyətinin sədri.
Rusiyanın sanksiyalar siyahısına Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Tanaka Akihiko, eləcə də böyük yapon şirkətlərinin top-menecerləri də daxil edilib.