İranın təhlükəsizlik qüvvələri “İslam Dövləti” terror qruplaşmasının iki lideri də daxil olmaqla 20 əcnəbi terrorçunu həbs edib.
"Unikal" xəbər verir ki, bu barədə kəşfiyyat naziri İsmail Xətib məlumat yayıb.
Kəşfiyyat naziri hökumətin iclası çərçivəsində jurnalistlərlə söhbətində son həftələrdə nazirlik qüvvələrinin 12 müxtəlif əməliyyat zamanı 20 terrorçunun həbs edildiyini açıqlayıb: "Həbs edilənlərin əksəriyyəti sərhədi qeyri-qanuni keçib, 20 nəfərdən 12-si terror fəaliyyəti həyata keçirmək üçün İrana daxil olub, 2-si isə İŞİD və təkfirçi olub və hətta İranla qonşu olmayan ölkələrlə əlaqəli olub".
Ağarza Elçinoğlu