Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə- külli miqdarda törədildikdə) və 306.2-ci (məhkəmə qətnaməsini icra etməmə) maddələri ilə təqsirli bilinən Zahid Gülsafa oğlu Niftəliyevin məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
"Unikal"ın məlumatına görə, təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirildikdən sonra Zahid Niftəliyevin vəkili Əli Adıgözəlov vəsatət vermək istəsədə hakim bildirdi ki, vəsatətunizi ilkin məhkəmə baxışında təqdim edərsiz, muzakirə olunar.
Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Ruslan İsmayılov məhəmənin hazırlıq iclasında iştirak etmədi.
Məhkəmə prosesinin növbəti iclası iyul ayının 31-nə kimi təxirə salınıb.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə 18 iyul 2023-cü ildə Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarı ilə Niftəliyev Zahid Gülsafa oğlu barədə həbs qətimkan tədbiri seçilib.
Müdafiə Nazirliyinin məşhur sabiq əməkdaşı, “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev barədə 42 milyon manatdan çox zərərvurmaya dair ittiham irəli sürülüb.
Qeyd edək ki, Zahid Niftəliyev Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti olub.
Bundan öncə də Zahid Niftəliyev Tərtər hərbi məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirli bilinib 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Seymur Əli