Komandamın "Sumqayıt" üzərində qələbəsinə inanıram.

"Unikal" xəbər verir ki, bunu "Fehervar”ın (Macarıstan) baş məşqçisi Tamaş Petyo UEFA Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Sumqayıt"la oyundan öncə deyib.

Klubun rəsmi saytına danışan mütəxəssis ilk matçda səfərdən sərfəli nəticə ilə dönmək istədiklərini bildirib:

"Yaxşı futbol nümayiş etdirib, qələbə qazana bilərik, əsas planımız bundan ibarətdir. "Sumqayıt"ın heyətində bir neçə dəyişiklik olub. Heyətlərini səviyyəli futbolçularla gücləndiriblər. Düşünürəm ki, onların yeni transferləri komandanın gücünə güc qatacaq. İnanıram ki, futbolçularmız Azərbaycanda uğurlu nəticə göstərəcəklər. Komandamın "Sumqayıt" üzərində qələbəsinə inanıram".

Qeyd edək ki, "Sumqayıt" - "Fehervar" görüşü iyulun 25-də saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Bu komandalar arasında cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda baş tutacaq.