Rusiya təhlükəsizlik qüvvələri Müdafiə Nazirliyinin Hərbi Tikinti Şirkətinin rəhbəri Andrey Belkovu həbs edib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O, dövlət mühafizə sərəncamlarını icra edərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.
46 yaşlı Belkov Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin Baş İstintaq İdarəsinə dindirilməyə çağırılıb. O, əvvəllər də ifadə vermişdi, amma şahid kimi. İndi Belkov şübhəli şəxsə çevrilib. İyulun 25-də onun barəsində həbs-qətimkan tədbiri seçməyi planlaşdırırlar. İstintaq həbs üçün ərizə təqdim etməyə hazırlaşır.
Hazırda Belkov işdən çıxarılmayıb, lakin işdən çıxarılanlar siyahısındadır.
Ağarza Elçinoğlu