Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfər edib.

"Unikal" xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb. 

Məlumata görə, Belarus lideri burada Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşəcək.

Lukaşenko Putinlə Birlik layihələrinin təşviqi, regional təhlükəsizliyi müzakirə edəcək.

Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd də bu gün Moskvada Putinlə görüşüb. 

Ağarza Elçinoğlu