Şair Elman Tovuz vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə şairin yaxınları məlumat veriblər.

Bildirilib ki, o, bir neçə gün əvvəl səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, 63 yaşında vəfat edən şair doğulub boya-başa çatdığı Tovuz rayonunda dəfn ediləcək.

Elman Tovuz 1998-ci ildə düşdüyü yol-nəqliyyat hadisəsindən sonra yeriyə bilmirdi, o, I qrup əlil idi.