Ukrayna Rusiya ilə beynəlxalq hüquq çərçivəsində danışıqlara hazırdır.
"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak "Strana" nəşrinə bildirib.
“Danışıqlar, şübhəsiz ki, lazımdır, amma Ukrayna açıq şəkildə deyir: gəlin, beynəlxalq hüquqa əsaslanan şərtlərlə danışıqları bir konsepsiya kimi təqdim edək və bu konsepsiyadan əsas şey dövlətin ərazi bütövlüyü və suverenliyidir”, – deyə Podolyak qeyd edib.