İctimai xadimin həyatına sui-qəsd etmədə, iki və daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən Elşən Hüseynovun cinayət işi üzrə məhkəməsi başlayıb.

"Unikal" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili müvəkkili barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət təqdim edib.

Daha sonra dövlət ittihamçısı çıxış edərək cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı təklif verib.

Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin edib və işin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmənin ilk baxış iclası avqustun 2-nə təyin edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan istintaqla müəyyən edilib ki, Elşən Hüseynov “MəşədiDadaş” məscidinin imamı olan və din sahəsində ictimai xadim hesab edilən Əli Şərbətovun məsciddǝki ictimai və xidməti fəaliyyətinə son qoymaq və onun həyatına sui-qəsd etmək qərarına gəlib.

Bu məqsədlə o üzərində götürüb daşıdığı bıçaqla 30 dekabr 2023-cü il tarixində məscidə gələrək ƏliŞərbətovun iş otağına daxil olmaq istəyib.

Bu məqamda xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun qarşısını alan, məscidin xidmətçisi Rəsul Həsənliyə qulağından, gicgahından və qarnından bıçaq xəsarətləri yetirib.

Qeyd edək ki, Elşən Hüseynova qarşı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Cinayət Məcəlləsinin 29.120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayəti gizlətmə məqsədi ilə adam öldürməyə cəhd) 29.120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29.120.2.11 (Terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29.120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb.