Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ağstafa rayon Heydər Əliyev adına istirahət parkında “Fırçadakı dünyam” adlı rəsm sərgisi keçirilib.
"Unikal" xəbər verir ki, sərgidə canlı musiqi müşayəti ilə yerli və xarici rəssamların eyni zamanda Ağstafanın rəsm sənəti üzrə istedadlı uşaq və gənclərinin əl işlərindən ibarət 50-yə yaxın rəsm əsəri nümayiş olunub.
Sərginin sonunda rəsm sahəsi üzrə istedadlı uşaq və gənclərə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərmanlar təqdim olunub.