Kolumbiya Universitetinin alimləri müntəzəm idmanın diabetdən ölüm riskini azalda biləcəyini açıqlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə araşdırmanın nəticələr “Diabetes Care" (DiaCare) saytında dərc olunub.
Tədqiqatçılar diabet diaqnozu qoyulmuş iyirmi yaşdan yuxarı insanların sağlamlığı və həyat tərzi haqqında məlumatları təhlil ediblər. İştirakçılar bir neçə il ərzində müşahidə ediliblər. Onlar mütəmadi olaraq alimlərə fiziki aktivlik səviyyələri və məşq cədvəlində dəyişikliklər barədə məlumat veriblər.
Müşahidə mərhələsində alimlər ölənlərin sayını qeyd etmiş, məlum olmuşdur ki, həftədə 10 dəqiqədən az idman edən insanlarin müxtəlif səbəblərdən (o cümlədən şəkərli diabetin ağırlaşmaları) vaxtından əvvəl ölüm riski yüksək olub.
Alimlərin fikrincə, uzun müddət oturaq işlə məşğul olan insanlar fiziki aktivliyə xüsusilə diqqət yetirməlidirlər. Bunlara sürücülər, ofis işçiləri və s.daxildir.
Zərifə Nağıyeva