Gömrük qanunvericiliyinin tələblərinin pozulması ilə ölkə ərazisinə gətirilən və üzərində Azərbaycanın aksiz markası olmayan yararsız siqaretlər məhv edilib.

"Unikal" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gömrük orqanlarının saxladığı, aksiz markasız 34 554 qutu (691 080 ədəd) xarici markalı siqaret istifadəyə yararsız olduğu üçün Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşlarından ibarət komissiyanın iştirakı ilə yandırılaraq məhv edilib.