Qarabağ Universitetinin loqosunu ictimaiyyət seçəcək. Artıq bunun üçün loqo təklifləri də hazırlanıb.

"Unikal" xəbər verir ki, bununla bağlı məlumat universitetin rəsmi "Facebook" səhifəsində yer alıb.

Seçilmiş beş loqo təklifi ictimaiyyətin müzakirəsinə verilib. 

Rəylər 5 avqust 2024-cü il tarixinədək qəbul ediləcək.

Qeyd olunub ki, Qarabağ Universitetinin loqosunun hazırlanması üzrə 2024-cü ilin iyul ayının 4-dən 17-dək elan edilən müsabiqə çərçivəsində daxil olmuş 450-dən artıq təklif müvafiq qaydada dəyərləndirilib. Peşəkar mütəxəssislərdən ibarət işçi qrupu daxil olacaq rəylər əsasında beş təklifdən birini qalib elan edəcək.