Estoniya tezliklə Rusiya ilə sərhəddə yoxlama tədbirlərini gücləndirəcək və tam gömrük nəzarətini tətbiq edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna "X" sosial şəbəkəsində məlumat verib.
"Avqustun 8-dən Estoniya Rusiya ilə sərhəddə tam gömrük nəzarəti tətbiq edəcək", - o yazıb.
Onun sözlərinə görə, bu qərar Estoniyanın “Rusiya hərbi maşınını tədarük etməməsini və təcavüzkara sanksiyalardan yayınmağa kömək etməməsini” təmin edir.
Gülayə Mecid