Bu həftənin əvvəlində Çinin mərkəzi hissəsində Qaemi tayfunu güclü yağışlara səbəb olub.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, güclü yağışlar nəticəsində 30 nəfər ölüb, 35 nəfər itkin düşüb.
Rayonun bir çox kəndləri ilə əlaqə kəsilib, çox sayda evə ziyan dəyib.
Qeyd edək ki, hadisə nəticəsində ən çox zərər çəkən Zixing şəhərindəki səkkiz qəsəbədə yollar yenidən istifadəyə açılıb. Elektrik şəbəkəsi və kommunikasiya xətləri də əsasən istifadəyə yararlıdır.
Fidan Nuriyeva