Livanın cənubundakı Şamaa qəsəbəsinin ətrafı İsrail aviasiyası tərəfindən vurulub, 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Livan mətbuatı məlumat uayıb. Bildirilir ki, İsrailin Livanın cənubundakı Tir bölgəsindəki Şamaa qəsəbəsini hava hücumuna məruz qoyub. Zərbə yaşayış binasına dəyib. Nəticədə üç nəfər ölüb, bir neçə nəfər yaralanıb.