Vladimir Putin məhbusların mübadiləsi çərçivəsində bu gün Rusiyaya qaytarılan şəxslərin əfv edilməsi haqqında fərman imzalayıb.

"Unikal" xəbər verir ki, Rusiya prezidenti Pol Uilan, Kevin Lik, Evan Qerşkoviç, Demuri Voronin, Vladimir Kara-Murza, Alsa Kurmaşeva, Liliya Çanışeva, Vadim Ostanin, Kseniya Fadeyeva, Aleksandra Skoçilenko, İlya Yaşin, Andrey Pivovarov və Oleq Petrovu əfv edib.