Kişinyovun MDB-dən çıxması hazırda Moldova parlamentinin gündəliyində deyil, baxmayaraq ki, respublika rəhbərliyi bu ilin sonuna qədər birlikdən çıxmaq niyyətini bəyan edib.
"Unikal" xəbər verir ki, bu barədə hakim Fəaliyyət və Həmrəylik Partiyasından (PAS) deputat Liliana Qrossu bildirib.
"Hazırda bu məsələ parlamentdə müzakirə olunmur", - Qrossu qeyd edib.
MDB ilə razılaşmaları pozmaq siyasətinin davam etməsinə baxmayaraq, Moldova bu ilin sonuna qədər MDB-ni tərk etməyəcək, müxalifətçi deputat Vladimir Odnostalko da vurğulayıb.