Ermənistan-Gürcüstan sərhədində 3 maqnitudalı zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, zəlzələ avqustun 2-də saat 10:44-də Bavra kəndindən 16 km şimal-şərqdə baş verib.
Təkanlar Şirak rayonunun Bavra, Saraqyux, Qazançı, Aşotsk və Musayelyan kəndlərində 2-3 bal gücündə hiss olunub.