Nazirlər Kabineti “Təbii inhisar subyektlərinin Siyahısı”nı təsdiqləyib.
"Unikal" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Azərbaycanda təbii inhisar subyektlərinin sayı 3,9 dəfə azaldılaraq 141-dən 36-ya endirilib (hökumətin "Təbii inhisar subyektlərinin Siyahısı”nın təsdiq edilməsi barədə” 19 iyul 2013-cü il tarixli qərarı ləğv edilib).