"Rəsmi Kiyev cəsarətli addımlar atmaqla xarici siyasətində erməni faktorunu neytrallaşdıra bilər"
19:39 13-06-2013
CƏMİYYƏT
"Rəsmi Kiyev cəsarətli addımlar atmaqla xarici
siyasətində erməni faktorunu neytrallaşdıra bilər"
Ukraynadakı erməni diasporu dünya erməniliyinin ən sürətlə inkişaf edən seqmentidir. ABŞ-da, Fransada erməni lobbiçiliyi zəiflədikdən sonra Ukrayna erməniliyi yeni qüvvə ilə ortalığa çıxır
Bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun sözlərinə görə, Avstraliya və Latın Amerikasının bəzi dövlətlərində ermənilərin aktivləşməsi prosesi də uzun çəkmədi: "Ukrayna erməniləri isə zaman keçdikcə qarşılarına yeni məqsədlər qoyurlar. Azərbaycan-Ukrayna münasibətlərinə müdaxilə etmək ilk məqsədlərdən biri idi. Ukraynadakı Azərbaycan diasporunu hədəf seçmələri də bununla əlaqəli idi".
Politoloq qeyd edib ki, Ukrayna ilə Azərbaycan arasında enerji əlaqələrini dayandırmaq bu ölkədəki erməni diasporunun daha güclü formada olduğu zaman ortalığa qoyduğu ikinci məqsəddir.
Əhmədoğlunun sözlərinə görə, hal-hazırda özünü Ukraynada tam güc sahibi hesab edən erməni diasporu "erməni soyqırımı" haqqında qanun layihəsini Ukrayna Parlamentinin müzakirəsinə qaldırdı. Bu onların üçüncü məqsədidir.
Politoloq bildirib ki, Ukrayna Erməniləri İttifaqının rəhbərlik etdiyi erməni diasporu xaotik hərəkət etmir; atdıqları addımlarda sistemlilik var: "Erməni diasporu uzun müddət ərzində kriminal yollarla varlanmışdır. Keçmiş Baş nazir Y.Timoşenkonu erməni mənşəli təqdim etməklə kriminal yolla pul qazanmaq imkanlarını daha da genişləndirdilər. Bu yolla əldə etdikləri vəsaitin bir qismini Ukraynanın bəzi dövlət rəsmilərinin, o cümlədən xarici siyasətlə məşğul olanların maliyyələşməsinə ayırırlar. Nəticədə aşkar şəkildə Timoşenkonu müdafiə edən erməni diasporu indi Viktor Yanukoviçin ən inanılmış adamlarına çevrilmişlər".
Əhmədoğlu qeyd edib ki, ABŞ-da prezident seçkilərində erməni diasporu saya salınmadı. Politoloqun sözlərinə görə, son 20 ildə ABŞ-dakı erməni təşkilatları ABŞ rəhbərliyinə sübut etməyə çalışırdılar ki, ABŞ-ın qüdrətlənməsində ən əhəmiyyətli rolu ermənilər oynayıblar.
Əhmədoğlu hesab edir ki, ABŞ bezdi və mövqeyini nümayiş etdirdi: "erməni soyqırımı"ndan sonra 132 min erməni yetiminə həyatda yaşamaq şansı verdiyini sübut edən fotoşəkil və sənədlərin sərgisini təşkil etdi. O zaman bu şəkilləri "Rokfeller" mərkəzi çəkmişdi. "Rokfeller" mərkəzinin sərgisi Ermənistanda da nümayiş olundu. Ermənilərin həyasızlığı, dövlət siyasətinə müdaxiləsi rəsmi Vaşinqtonu bu addımı atmağa təhrik etdi".
Əhmədoğlu qeyd edib ki, erməni lobbisi rəsmi Vaşinqtona Azərbaycana və Türkiyəyə səfir təyin etməyə imkan vermirdi: "Hər halda rəsmi Kiyev nümayəndələrinin bu gün erməni puluna satılmışları ABŞ ermənilərinin oyunlarından və aldıqları cavablardan məlumatlı olmaları Ukrayna dövlətçiliyi üçün faydalıdır".
Onun sözlərinə görə, Fransa ermənilərinin davranışı və onların rəsmi Parisdən son zamanlar aldıqları cavablar da eynilə ABŞ-dakına bənzəyir: "Ermənilər Fransaya da özlərini olduqları kimi təqdim etdilər. Nikolya Sarkozi prezident olarkən Sarkozinin oğlunun Ermənistanda konsert verməsi üçün Ermənistan prezidenti Serj Sarkisyan dəfələrlə yalvardı. Sarkozinin oğlu atası prezidentlikdən çıxdıqdan sonra Ermənistanda konsert verməyə gəlsə də, erməni dövlət rəsmilərindən heç kim ona salam vermədi".
Əhmədoğlunun sözlərinə görə, Zakarpatye, Dnestryanı və Dağlıq Qarabağ məsələləri Moskvada eyni adam tərəfindən koordinasiya olunur. Ukraynadakı ermənilər həmin şəxsin ən böyük dayaqlarından və maliyyə mənbələrindən biridir.
Politoloq qeyd edib ki, Ukrayna xarici işlər nazirinin dekabrın 5-dən başlanan Dağlıq Qarabağ İlinin tən yarısında regiona səfər etməsi onun erməni ssenarisi üzrə davrandığını göstərir.
Əhmədoğlu vurğulayıb ki, Ukraynanın MDB məkanındakı proseslərdə, o cümlədən münaqişələrdə spesifik rolu vardır: "ATƏT sədri olan Ukrayna indiyə kimi ən azı 5-6 dəfə regionda olub, Dağlıq Qarabağ tənzimlənməsi ilə məşğul olmalı idi; normal yanaşma bunu tələb edir. Erməni yanaşması isə passivlik üzərində qurulub. ATƏT sədri olan Ukrayna bu zamana kimi Minsk qrupunun, A.Kaspşikin missiyasının mandatı, tərkibi ilə məşğul ola, Minsk qrupunun fəaliyyətini BMT səviyyəsində aktual müzakirə mövzusuna çevirə bilərdi."Böyük Sülh Sazişinin" hazırlanmasına nail olardı. Dağlıq Qarabağ tənzimlənməsi ilə ATƏT MQ-nin deyil, BMT TŞ-nin məşğul olmasına nail olmalı idi. Rəsmi Kiyev "erməni soyqırımı" ilə bağlı sənədi vizalayıb parlamentə göndərmək əvəzinə, V.Şatvoryandan Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşünü təşkil etməyi tələb edə bilərdi".
Politoloq qeyd edib ki, Dağlıq Qarabağ tənzimlənməsinin yubanması Ermənistanı faciəyə sürükləyir.
Əhmədoğlu bildirib ki, bu gün ermənilərin maraqlarını icra edərək münaqişənin tənzimlənməsinə müdaxilə etməyənlər yaxın vaxtlarda peşman olacaqlar: "Azərbaycan inkişaf edir. Dağlıq Qarabağ kimi problem Azərbaycanı inkişaf etməyə məcbur edən böyük bir mühərrikə çevrilib. Ukraynada onu da unutmasınlar ki, vaxtilə Azərbaycan Ukraynaya yardım edərkən qat-qat böyük riskə məruz qalmışdı. Ukrayna ictimai-siyasi mühiti Azərbaycanın siyasi əxlaqı ilə özlərinin siyasi əxlaqını müqayisə edə bilərlər. Ukraynaya neft-qaz satmasaq, oradan silah almasaq bizə heç nə olmayacaq. Rəsmi Kiyev Azərbaycanın ona etdiklərinə qarşı laqeyidliyinin məsuliyyətini öz boynuna götürməyi rəva bilirmi?!".
Əhmədoğlu vurulayıb ki, hələ ki gec deyil, rəsmi Kiyev Dağlıq Qarabağ tənzimlənməsində cəsarətli addımlar atmaqla Ukraynadakı erməni kriminallarının pulundan asılı olmadığını, müstəqil siyasət apardığını sübut edə bilər: "Ukraynanın rolu olsa da, olmasa da, Dağlıq Qarabağ münaqişəsi tənzimlənəcəkdir, amma rəsmi Kiyev üçün indiki siyasətinin vurduğu ləkəni yumaq çox çətin olacaqdır".
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22