“Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdırlar.
"Unikal" xəbər verir ki, onların avqustun 4-ü saat 05:15-də Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi olacaq.
Qeyd edək ki, Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Parisdə Dövlət Himnimizi səsləndiriblər. Bununla da Azərbaycan cüdo üzrə yarışların medal sıralamasında ikinci yeri tutub. Bu göstərici Azərbaycan cüdo tarixində ilkdir.